main-post-cover

    iMessage üçün olan məşhur tətbiq, tam versiyada iOS üçün də təqdim olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bu ilin payız fəslinin əvvəlində "Apple”, iOS 10-a maraqlı funksiya əlavə etmişdi.

    Bu funksiya iMessage üçün olan online tətbiqlıər mağazası idi. Həmin tətbiqlər mağazasında isə ən məşhur tətbiqlərdən biri də GIF animasiyaları yaratmağa imkan verən Momento idi. 3 aydan sonra məlum oldu ki, Momento artıq nəinki iMessage üçün genişləndirilmiş bir funksiya olmaqla yanaşı, həmdə iPhoneiPad üçün təqdim olunmuş ayrıca bir tətbiq kimi də fəaliyyət göstərir. Beləliklə iMessage üçün olan funksiya versiyasından fərqli olaraq iOS-ə təqdim olunmuş tam versiya, geniş funksionallığı ilə fərqlənir. Belə ki, iOS versiyada fotoları, filtr, sticker, mətnli ismarıclar və s. effektlər sayəsində redaktə etmək olar. Maraqlısı ondadır ki, iMessage üçün Momento 1.99$ qiymətinə satıldığı halda, iOS üçün tətbiq tamamilə pulsuzdur. Tətbiqi burdan yükləyə bilərsiniz.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər