main-post-cover

    Çin höküməti startaplara külli miqdarda investisiya ayırır

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Çin höküməti yeni yaradacağı vençur fonduna 30 milyard dollar dəstək ayıracaq. Fondun ilk dəfə üçün büdcəsi 15 milyard dollar təşkil edəcək. Daha sonra bu göstərici iki dəfə artırılacaq.

    Yeni yaradılmış təşkilatın əsas məqsədi innovasiyalı məhsullar yaradan startapları dəstəkləməkdir. "Technote.az”ın "Techinasia.com” saytına istinadən verdiyi xəbərə əsasən 30 milyard dollarlıq dəstək Çin hökümətinin startaplar üçün ayırdığı ən böyük investisiya deyil. Belə ki, hökümət tərəfindən maliyyələşdirilən digər bir fond 300 milyard dollar büdcəyə sahibdir. Bu vəsait gənc sahibkarların dəstəklənməsi üçün nəzərdə tutulub. Maraqlısı budur ki, yeni vençur fondu 8 avqust tarixində qeydiyyatdan keçib. Layihənin rəsmi anonsu isə dünən olub. 8 rəqəmi Çin mədəniyyətində uğurlu rəqəm hesab edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər