main-post-cover

    Katoliklər artıq iPhone vasitəsilə günahlarını yuya biləcəklər (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Brilyant Rasulova

    Bundan sonra insanlar öz günahlarını iPhone vasitəsilə yuya biləcəklər.

    Belə ki, Katolik kilsə tövbə etmək üçün iOS platformasında tətbiqini təqdim edib. Bu tətbiq vasitəsilə günah işləmiş inanclı insanlar tez bir zamanda tövbə edərək günahlarını yuya biləcəklər. Tətbiqi Musemantik studiyası yaradıb. Tətbiqin yaradılmasında əsas məqsəd interaktiv xəritələrin köməkliyi ilə yaxında yerləşən kilsələri tapıb insanların ora getmələrini və tövbə saylarını artırmaqdır. Tətbiq hal-hazırda Şotlandiyada start götürüb və Sindr adını alıb. "Müasir mobil telefon nəslinin ona ilham mənbəyi olacaq dost və köməkçi kimi ağıllı, şəxsi tətbiq lazımdır. Bu, tətbiqin əsas ideyasıdır” – deyə Musemantik studiyasının təsisçisi bildirib. Developerlər qeyd ediblər ki, hal-hazırda veb saytlar öz məşhurluğunu itirirlər. Tətbiqlər isə insanların gündəlik həyatlarında daha çox yeri tuturlar.
     

     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər