İndi də Samsung Galaxy S7 partladı!

1011

Galaxy Note 7 xəbərləri gündəmdə ikən indi də İngiltərədə bir qadının sahib olduğu Galaxy S7, çox isinmədən ötəri partladı.

Hadisə, təhlükəsizlik kameralarına da əks olundu. Son dövrdə təəssüf ki, həm Galaxy Note 7, həm də fərqli telefonların partlaması hadisələri ilə əlaqədar çox tez-tez xəbərlər eşitməyə başladıq.

İndi də İngiltərədə yaşayan 30 yaşındakı Sarah Krokett-in istifadə etdiyi Galaxy S7, restoranın orta yerində partladı. Hadisə, restoranın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Ən əhəmiyyətlisi də odur ki, Krokett-in sahibi olduğu telefon restoranda oturarkən və telefon şarjda deyilkən partladı. Həm təhlükəsizlik kameralarından, həm də hadisənin qurbanı Sarah Krokett-in bildirdiyi məlumatlara görə telefon durduq yerə şişmiş və sonra alov almışdır.

 

The Sun-ın xəbərinə görə Sarah Krokett, "telefon birdən birə əlimdə genişlənməyə başladı və həqiqətən çox istiləndi. Həmin telefonu əlimdən masaya düşürdüm və saniyələr içərisində hər yeri tüstülər örtdü" - deyə şərhini əlavə edib. Mövzuyla əlaqəli hələlik "Samsung"dan "Galaxy S7 ilə əlaqədar bilinən heç bir təhlükəsizlik problemi yoxdur" şərhi gəldi. Hadisənin səbəbi "Samsung"un tədqiqatlarından sonra bəlli olacaq.

 

 

Müəllif - Polad Tağıoğlu