main-post-cover

    İngilis dilini daha asan öyrənmək üçün maraqlı saytlar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir yerə səyahət etmək istədikdə bir çoxları orda insanların hansı dildə danışmaqları ilə maraqlanır. Hal-hazırda ən çox yayılmış xarici dil ingilis dili olduğu üçün bir çoxları bu dili öyrənməyə və bu dilin köməyilə ünsiyyət saxlamağa çalışır. Bu yazımızda sizi İngilis dilini dinləyərək öyrənəcəyiniz Youtube kanalları ilə tanış edəcəyik.

    Bbclearningenglish bu sayt həm gündəlik həyatda ən çox istifadə olunan ifadələri, həm də qrammatik qaydaları izah edir. Çox sadə dildə ünsiyyət ifadələri istifadə olunduğu üçün başa düşmək çox asan olur.
     
    Əgər siz kino sevənsinizsə, onda Voscreen tətbiqi tam sizlikdir. Belə ki, bu tətbiqi həm telefonunuzda, həm də kompüterdə istifadə edə bilərsiniz. Belə ki, siz özünüzə uyğun dili seçməklə İngilis dilində olan ifadənin nə anlama gəldiyini dinləyərək qərar verə bilərsiniz. Belə ki, siz səhv ifadəni seçsəniz onda sistem sizə düz ifadəni göstərəcək. Bu proqramın köməyilə həm dinləmə bacarığınızı inkişaf etdirəcək, həm də yeni ifadələr öyrənəcəksiniz. Həmçinin siz burda öz səviyyənizə uyğun videolar seçə bilərsiniz: https://www.voscreen.com
    VOA Learning English adlı Youtube səhifəsində İngilis dilində ən çox istifadə olunan ifadələr 1 dəqiqə ərzində izah olunur. Çox maraqlı olmaqla yanaşı asan dillə izah olunması öyrənmə prosesini asanlaşdırır. Burda siz həm ifadələri, Həm Avropa mədəniyyəti, həm də qrammatik biliklərə yiyələnə bilərsiniz. Hətta arzu edənlər kanala Skype vasitəsilə kanalın idarə edənləri ilə birgə öyrənə bilərlər.
     
    Dil öyrənmək istəyənlər üçün digər bir alternativ vasitə isə Youglish adlı internet vasitəsidir. Belə ki, bu kanalda eyni sözün müxtəlif yerlərdə necə ifadə olunması öz əksini tapır. Burda siz dinləyərək öyrənə bilərsiniz. Kanalda danışıqlar alt yazı ilə verildiyindən bilmədiyiniz sözləri qeyd edərək öyrənə bilərsiniz. Kanalda hər hansı sözü axtarış etməklə videolara keçid əldə etmiş olursunuz. Kanala burdan baxa bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər