İnsan emosiyalarını aydın şəkildə ifadə edən oyuncaq robot-Cozmo

148

Süni zəkaya sahib robotlar gün keçdikcə həyatımıza daha çox daxil olmaqdadır. Bunlardan biri də "Anki" adlı firma tərəfindən hazırlanan süni zəkaya sahib kiçik və bir o qədər maraqlı robotdur. Belə ki, bu robot insanların və heyvanların reaksiyalarına uyğun müxtəlif səslər çıxarır və ən maraqlısı isə müxtəlif emosiyaları ifadə edə bilməsidir.

Aşağıdakı videoda sizə dünyanın ən maraqlı 5 robotu haqda məlumat verilib. Bunlardan birincisi isə Cozmodur.

 


Cozmo adlı bu robot canlıların hisləri nəzərə alınaraq ortaya çıxarılan robotdur. Bu robotu sevimli edən bir digər tərəfi isə onun hərəkətlərə verdiyi reaksiyalardır. Hətta bu robot vəziyyətə uyğun səslər də çıxarır. Bir çizgi film qəhrəmanını xatırladan bu robot xüsusi ilə uşaqların istifadəsi üçün nəzərdə tutulub. Amma böyüklər də oynayarkən əylənə bilər.