main-post-cover

    İnsan orqanizmində yeni orqan aşkar edilib

    07.05.2017
    Farid Pardashunas

    İnsan bədəni alimlərə yeni sürprizlər bəxş etməkdə davam edir.

    Heç kimin ağlına belə gələ bilməzdi ki, tibbin varolmasından 100 il sonra belə, alimlər insan orqanizmində yeni orqan aşkar edəcəklər. Əslində fikirləşəndə sözügedən orqan yeni deyil. Sadəcə olaraq onu yenicə tamamilə ayrı bir orqan hesab etməyə başlayıblar. Söhbət mezenter adlı orqandan gedir. Sözügedən orqan, peritonda yerləşən həzm sisteminin bir hissəsidir. Daha əvvəllər tibb hesab edirdi ki, mezenter, peritonun duplikatoru olub oyuq orqanları, qarnın arxa divarında yerləşməsini təmin edir. Lakin artıq mezenter ayrıca bir orqan hesab olunur. Yeni kəşfi İrlandiyanın Limerik Universitetinin mütəxəssisləri ediblər. Vaxtı ikən Leonardo da Vinci mezenter haqqında məlumat vermişdir.
    O vaxtlarda mezenter ayrıca bir orqan kimi hesab olunmurdu. Lakin bir çox hallarda olduğu kimi elm bu barədə biraz yanılıb. Məlum olub ki, mezenter, natamam deyil, tam strukturdur. Alimlər düşünürlər ki, bu yeni kəşf bir sıra periton xəstəliklərə daha fərqli nəzərdən baxmağa imkan verəcək. Yeni orqanın öyrənilməsi tibbin tamamilə ayrı bir sahəsi olmalıdır. Məlumata əsasən yaxın zaman ərzində insan orqanizmində aşkarlanmış bu dəyişiklik, ABŞ-ın tibb üzrə təhsil müəssisələrinin proqramlarında öz əksini tapacaq. Sonradan digər ölkələrin təhsil proqramlarında da bu dəyişiklik tətbiq olunacaq. Sözügedən dəyişiklik həmçinin 1858-ci ildə Henry Gray tərəfindən dərc olunmuş və indiyənə kimi klassik hesab olunan anatomiya üzrə nüfuzlu dərslik olan "Gray’s Anatomy”ə də daxil ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər