main-post-cover

    Insan yeni yerdə niyə pis yatır?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Quşların və bəzi su məməlilərinin beyinlərinin sol və sağ yarımkürələri növbə ilə yatmaq qabiliyyətinə sahibdir. İndiyənə kimi hesab olunurdu ki, insanlar bu qabiliyyətə sahib deyillər. Lakin müşahidələr əsnasında alimlər müəyyən ediblər ki, insan yeni yerdə yatan zaman onun beyninin hər iki yarımkürəsi sinxron vəziyyətdə yatmır. "Çox zaman insan yeni yerdə çox çətinliklıə yatır. Labaratoriya şəraitində yuxunu öyrənən alimlər ilk gecənin müşahidələrini belə tipik hesab etmədikləri üçün onlara nəzər yetirmirlər” – deyə Braun Universitetinin psixoloqu Yuka Sasaki qeyd edib. Sasaki və onun komandası yeni yerdə yuxunun necə keçdiyi haqqında maraqlanıblar. Əldə olunmuş nəticələrə əsasən sağ yarımkürədən fərqli olaraq sol yarımkürənin neyroaktivliyi müəyyən mənada yuxu vəziyyətinə uyğun olub. Alimlərin fikrincə yeni yerdə sol yarımkürə sağ yarımkürə kimi dərin yuxuya getmir. Lakin ikinci gecədən başlayaraq bu vəziyyət dəyişir və hər iki yarımkürə dərin yuxuya gedir. İnsan beynində passiv iş rejimi adlı şəbəkə vardır. Həmin şəbəkə çoxlu sinir hüceyrələrindən ibarətdir. Sözügedən hüceyrələr isə beyin hər hansı bir tapşırığı yerinə yetirmədiyi müddətdə aktiv olurlar. Məhz passiv iş rejimi şəbəkəsi yuxu zamanı sol yarımkürədə aktivlik göstərmişdi. Tədqiqatçılar müşahidələr zamanı yatmış insanların qulaqlarının yaxınlığında bəzən ani səslər səsləndirirdilər. Bununla belə müəyyən olunub ki, sol yarımkürənin passiv iş rejimi şəbəkəsi sakitçiliyin pozulmasına daha tez reaksiya verir. Həmin səslər yatmış insanların sağ qulağı tərəfində səsləndirilən zaman sol yarımkürəyə çatan siqnal nəticəsində yatmışlar daha tez oyanırdılar. Maraqlısı ondadır ki, bu vəziyyət ən çox yeni yerdə ilk gecə zamanı müşahidə olunurdu. Bir gecəlik yuxu ərzində beyin bir neçə dəfə yavaş yuxu mərhələsindən keçir. Lakin Sasakinin apardığı təcrübə bu dövrün yalnız birinci mərhələsini əhatə edirdi. Buna görə də alimlər hələ bilmirlər ki, bütün gecə ərzində sol yarımkürə ayıqlıq xüsusiyyətini saxlayır yoxsa yox. Bunu müəyyən etmək üçün Sasaki və onun komandası yeni təcrübələr hazırlayırlar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər