İnsanın smartfonla vahid hala gəlməsinin 7 əlaməti

169

2014-cü ildə amerikalı hakim Con Roberts maraqlı bir fikir səsləndirmişdi. Onun fikrincə "smartfonlar o qədər yayılmış bir cihaz halını alıb ki, əgər bizi yadplanetlilər ziyarət etsələr, onlar həmin smartfonları insan orqanizminin vacib bir hissəsi hesab edərdilər”. Maraqlı zarafat olsada da fikirləşdikcə anlamaq olar ki, bu zarafat artıq reallığa çevrilir. Məsələn ABŞ-da yaşca böyük olan əhalinin 94%-i mobil cihazlardan istifadə edir. Bunun 61%-ni smartfonlar təşkil edir. Hətta ən kasıb ölkələrdə belə mobil şəbəkə artıq ənənəvi bir hal alıb. Məsələn Nigeriyada yaşayan əhalinin yaşca böyük hissəsinin 90%-i mobil telefonlardan istifadə edir. Bu statistikalar əsasında smartfonları insan orqanizminin vacib bir hissəsi hesab etmək olarmı? Mütəxəssislərin proqnozlarına əsasən artıq 2023-cü ildə insan bədəninə yeridilə bilən smartfonlar satışa çıxacaq. Sizlərə müasir insanın smartfonla vahid olduğunu sübut edən 7 əlaməti təqdim edirik.

Sivilizasiya internetdən asılıdır

Əgər bütün dünya interneti 48 saata söndürülsəydi onda bu, qlobal panikaya sabəb olardı. Bütün infrastrukturlarda zədələnmələr, ərzaq və digər baza məhsullarının çatdırılmasında məhdudiyyətlər və qanunsuzluqlar olardı. Bunlar şişirdilmiş hadisələr deyil. 2007-ci ildə tikinti işlərilə əlaqədar olaraq Feniks şəhərini ümumdünya şəbəkə ilə birləşdirən magistral internet xətti zədələnmişdir. Həmin xəttin bərpasına 12 saat vaxt sərf olunmuşdu. İlk baxışdan 12 saat çox qısa bir zaman dövrüdür. Lakin həmin 12 saat ərzində şəhərdə əsl xaos hökm sürürdü. Belə ki, həmin müddətdə şəhərdəki bütün banklar fəaliyyətini dayandırmışdı. Mağazalar insanları yalnız nağd pul qarşılığında içəri buraxırdı. Polis idarələri yüksək döyüşə hazırlıq rejimində çalışırdılar. İndi təsəvvür edin ki, bu hadisələr bütün dünyada baş verərək 48 saatı əhatə edib. Bu zaman fəlakətin miqyasını başa düşə bilərsiniz. İnternetin faydası və insanların sosial bağlılıqları barəsində mübahisə aparmaq olar. Lakin bir faktı inkar etmək olmaz ki, müasir insan ümumilikdə internetdən asılı bir vəziyyətdədir.

Smartfonlar texnologiya sərhədlərini genişləndirirlər

Smartfonların nə dərəcədə vacib olduqlarını anlamaq üçün hər yeni model cihazın hansı dərəcədə insan kütləsinin diqqətini özünə cəlb etdiyinə fikir vermək kifayətdir. Heç bir digər istehlakçı texnologiyası bu qədər məşhur deyil. Məsələn hər ilin Sentyabr ayında "Apple” tərəfindən keçirilən təqdimata milyonlarla insan baxır. Keçən əsrin 50-ci illərində Soyuq Müharibə dövründə tərəqqi silahların ardınca gedridi. Müasir dövrdə isə tərəqqi smartfonların ardınca gedir. Belə ki, məhz onların üzərində yeni istehlakçı texnologiyaları yaranır.

Smartfonlar avtomobillərlə birləşirlər

Artıq söyləmək çətindir ki, smartfonlar avtomobilin bir hissəsi olurlar yoxsa avtomobillər smartfonlar üçün aksessuar xarakterini daşıyırlar. Bir fakt məlumdur ki, müasir avtomobil smartfonla sıx əlaqəlidir. Avtomobil kompüterini Android və ya iOS platformalı smartfonun davamçısına çevirmək üçün külli miqdarda tətbiqlər mövcuddur. Bəzən bu cür sinxronlaşdırma təkcə avtomobilin media funksiyalarını idarə etmək üçün deyil, həmdə avtomobilin digər vacib xüsusiyyətlərini idarə etmək və onun texniki cəhətdən vəziyyətini öyrənmək üçün istifadə olunur.

Smartfonlar reallığı tamamlayırlar

Pokemon GO oyunu 2016-cı ilin ən məşhur mobil oyunu olmuşdur. Lakin əsas məsələ burasındadır ki, oyun göstərdi ki, insanlıq tamamlanmış reallıq texnologiyasına hazırdır və bu sahədə yeni layihələr gözləyir. Artıq bizim dünyamız iki yerə ayırlır. Realvirtual. Həmin dünyalar arasındakı keçid isə kamera və smartfon ekranı vasitəsilə həyata keçirilir.

Smartfonlar insanlara bənzəməyə başlayırlar

Siri-nin ilk dəfə təqdim olunmasından artıq uzun bir müddət keçib. Son illər ərzində səsli köməkçilər daha da təkmilləşdirilmiş şəkilə gəldilər. Hər dəfə avtomatlaşdırılmış öyrənmə hesabına süni zəka sistemi demək olar ki, dərk olunmaqda lazım olan dialoqları anlayır və istifadəçinin əmrlərini yerinə yetirir. Beləliklə smartfonlar təkcə mobil kompüter olmaqdan daha çox müasir istifadəçinin dostu və köməkçisi olurlar.

Smartfonlar kompüteri əvəz edirlər

Kompüterlər  hələki professional developerlər, dizaynerlər, yazıçılar və jurnalistlərə lazımdırlar. Bir söznən o insanlara ki, böyük ekransız və klaviaturasız keçinə bilmirlər. Lakin digərlərinə kompüter demıək olar ki, lazım deyil. Belə ki, hansısa lazımi məlumatı internetdə tapmaqda və ya dostlarla söhbət etməkdə istifadəçiyə sadəcə bir smartfon kömək edir. Artıq bir çox internet portallar və ya servislər öz mobil tətbiqlərinə sahibdirlər. Mobil gaming də hər il getdikcə məşhurlaşır. Başqa sözlə desək müasir smartfonlar bir çoxları üçün kompüteri əvəz edə bilir.

Kompüterlər artıq insan bədəninə yerləşdirilir

İmplantlaşdırılmış elektronik cihazlar hələ texnologiya dünyasında yeni bir sahə olsa da heçdə fantastika deyil. Əvvəldədə dediyimiz kimi növbəti 10 il ərzində insan bədəninə quraşdırıla bilən smartfonların ortaya çıxması realdır. Lakin hələki implantlaşdırılmış elektronik cihazlar yalnız tibbi xarakter daşıyır. Həmçinin unutmaq lazım deyil ki, alimlər hər dəfə elektron cihazların sinir toxumaları ilə sıx birləşdirilməsini təkmilləşdirirlər. Beləliklə yaxın gələcəkdə neyrointerfeyslər yaradıla bilər. Həmin neyrointerfeyslər vasitəsilə isə insanlar bilavasitə kompüter və ya smartfonlar ilə ünsiyyət qura biləcəklər.