main-post-cover

    İnsanların 92%-i xəyallarını əldə edə bilmir. Bunu bacaran 8%-dən olmaq üçün 7 tövsiyə

    Digər
    07.05.2017
    Farid Pardashunas

    O varlı insanlar, o gözəl gəmilərinə minib getdilər. Geri qayıtdıqlarında da o gözəl villalarına girdilər. Bizlər də izlədik.

    Kədərlənməyin, bu hərkəsin başına gələ bilər. Hərkəs olmasa belə insanların 92%-nin başına gəlir. Bəs niyə belədir?
    Scranton Universitetinin apardığı bir araşdırmada oxumuşdum ki, insanların 8%-i qurduğu xəyalların ardından qaçarkən uğurlu olduqları ortaya çıxıb. Mən isə öz növbəmdə bu 8%-in içinə daxil olmaq üçün nə etməli olduğunuz haqqında bəzi tövsiyələrimi vermək istəyirəm.

    Dəqiq və iddialı bir hədəf seçin

    Təbii ki burada həddindən çox çətin bir hədəfləmədən söz etmirəm. İlk olaraq bunu da bildirim.
    Yuxarıda qeyd etdiyim araşdırmada, bu iki nöqtəni təyin etməyin uğur performansını 90% artırdığı müşahidə edilib. Yəni əsas etməli olduğunuz şey, hədəflərinizi daha dəqiq hala gətirmək və iddialı olan hədəfləri seçməkdir. Bu motivasiyanızı da yüksəkdə tutacaqdır. Hədəfinizi dəqiqləşdirmək irəliləyəcəyiniz yolu da dəqiqləşdirər. Məsələn: MBA təhsili almaq istəyirsiniz yoxsa Stanford Universitetində təhsil almaq istəyirsiniz? Əvvəlcə istədiklərinizi dəqiqləşdirin. Hədəf olaraq oxumaq istədiyiniz ölkəni, şəhəri hətta universiteti belə təyin edin. O zaman o hədəfə çatmaq üçün irəliləməli olacaqsınız. Və özünüzü ər evində ya da hansısa komandirin otağını süpürərkən tapmayacaqsınız.
    Və ya kartof satmaqla, McDonalds yaratmaq arasında böyük fərq olduğunu dərk etməlisiniz. Bəlkə də bir McDonalds yarada bilməyəcəksiniz, amma ən azından "Vasmoyun talkuçka"sından (səhv başa düşməyin, orada işləyən insanları pisləmirəm, burada mövzu fərqlidir) uzaqda normal bir məkanda bir kafeniz ola bilər.
    Əgər hədəfləriniz böyükdürsə, bir anda böyük dilimi dişləməmək də vacibdir. Böyük payı kiçik hissələrə ayırın və kiçik-kiçik çeynəyin.

    Hədəfləriniz mövzusunda istəkli olun və sonuna qədər özünüzü həsr edin

    8%-in ən vacib nöqtələrindən biri, bacardıqları şeyi həddindən çox istəmiş olmaqlarıdır. Özünüzdən soruşun: Bu hədəfə özünüzü nə qədər həsr edirsiniz? Hədəfinizə çatmaq üçün çox yorğunusunuz? Qarşınıza çıxan maneələrə çarpıb dayanacaqsınız yoxsa davam etmək üçün yenidən güc toplaya biləcəksiniz?
    "Nə bahasına başa gəlirsə gəlsin” düşüncəsi ilə hərəkət edən 8%, zirvəyə çıxana qədər dayanmaq bilməyənlərdir.
    Belə hiss edirsinizsə, uğur çox yaxındır.

    Uğurlu olub-olmadığınızı müşahidə etmək üçün ətrafdakıların fikirlərindən ibarət bir zəncir qurun

    Uğurun yolunda qarşınıza bir çox maneələr çıxacaq. Motivasiyanızın düşməməsi üçün ətrafdakıların fikirlərini almaq vacibdir. Hədəflərinizə çatmaq ehtimalınız, beləliklə daha da yüksələcəkdir.

    Hədəflərinizi sıralayın

    Psixoloqlar Ken Sheldon və Tim Kasser, ruhi sağlamlığı güclü və xoşbəxt şəxslərin hədəfləri arasında "şaquli ardıcıllıq” olduğunu deyirlər. Hədəflər, yüksək səviyyəli (uzun müddətli) və aşağı səviyyəli (dərhal) olaraq ayrılır və hər birinin prosedurları, bir digərinin prosedurlarını tətikləyir.

    Tövsiyəsinə güvəndiyiniz şəxslərdən məsləhət alın

    Uğurlu insanlar, tək başına gəzən super insanlar deyillər; onlar da yeri gəldiyində tövsiyyə alırlar. Hətta çevrələri fikir rəhbərləyiylə, məsləhətçiləriylə doludur.
    Üç ya da dörd şəxsi ağlınızda seçin, bu insanlardan daimi olaraq məsləhət alın, fikirlərinizi açın.

    Eyni anda çox iş görməkdən çəkinin

    8%-in ən böyük xüsusiyyətlərindən biri də hər şeyi addım-addım etməkdir. Bəli, o müdürünüzün, rəhbərinizin sizə olmazsa olmaz deyə təklif etdiyi şey, əslində son etməli olduğunuz şeydir.
    Böyük hədəflərin arxasında qaçmaq, diqqət istəyir. Bu səbəbdən addımları tək-tək atmaq lazımdır. Tək etməli olduğunuz, hər addımda bir yekun tarixi müəyyənləşdirməkdir. Beləlikdə eyni sürətlə daha çox işi yekunlaşdıra bilərsiniz.

    Bacarmağı öyrənin

    Haqqında danışdığım bu 8%, anadan gəlmə belə istedadlı deyildilər. Hər şeyi təkrar-təkrar edərək öyrəndilər. 2000 il əvvəl Aristotel-in də dediyi kimi, "Daima etdiyimiz şey nədirsə, biz o-yuq.”.
    Linki kopyala