main-post-cover

    Instagram-a möhtəşəm yenilik gəlir

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Məşhur Instagram foto servisi son zamanlarda əlavə etdiyi yeniliklər ilə kifayətlənməyərək daha bir möhtəşəm funksiyanı tətbiqə daxil edir.

    Instagram, tətbiqin "Explore” hissəsinə yeni videokanal bölməsi əlavə edib. "Events Channel”bölməsinə daxil olan zaman istifadəçilər yaxınlıqda baş verən idman yarışları, konsertlər və dgər böyük tədbirlərin canlı yayımına baxa biləcəklər. "Technote.az"ın "Hitech.vesti.ru" saytına istinadən verdiyi xəbərə əsasən həmin bölmənin daxilində olacaq canlı yayım mövzuları istifadəçinin seçiminə görə uyğunlaşacaq. "Bu cür paylaşımlar istifadəçinin hansı şəxsi izləməsinə və daha çox hansı paylaşımları bəyənməsindən asılı olaraq avtomatik şəkildə seçiləcək. Bundan əlavə olaraq siz müxtəlif istifadəçilərin paylaşımlarla zəngin videokanallarını izləyə bilərsiniz. Beləliklə siz özünüz müəyyənləşdirəcəksiniz ki, sizə hansı mövzuda canlı yayım paylaşımları maraqlıdır” – deyə Instagram bildirib. Bu funksiya hələki ABŞ istifadəçiləri üçün aktivdir. Lakin yaxın zamanda bütün istifadəçilər yeni funksiyadan istifadə edə biləcəklər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər