Instagram üçün analtika modulu (Instagram Business Tools)
Digər
07.05.2017
Farid Pardashunas
Nəhayət Instagram analtikanı istifadəçilərə istifadəyə açdı. "Instagram Business Tools" ilk olraq ABŞ, Yeni Zellandiya və Avstraliyada istifadəyə verildi. Çox istərdim ki, idarə etdiyim brendlərin səhifəsindən nümunə göstərərək açıqlayım. Amma təəssüf ki, bəzi regionlar üçün bu xidmət hələ də aktiv deyil. "To activate your Instagram Business profile (if the option is available in your region)" Hər dəfə bu tipli cümlələri görəndə halım pisləşir. Əmin edə bilərəm ki, yeni analtika aləti sizin hədəf kütlənizə çatmağınızda daha faydalı olacaqdır. Mənim kimi sosial media mütəxəssisləri aylıq hesabat hazırlayanda artıq statistikaya baxmaq üçün bir neçə mənbəyə müraciət etmək məcburiyyətində qalmayacaqlar.
Bunun üçün ilk olaraq bir Instagram biznes profili (Instagram Business Profile) yaratmalısınız. Bilməlisiniz ki, sizin Facebook Biznes Səhifəniz mütləq olmalıdır.
Mexanizm (gear) ikonuna klik edirsiniz (təbii ki, bizim region üçün bu qısa zamanda aktiv olacaq. Hələ ki səbr edin.). Daha sonra isə "Switch to Business Profile”-nə tıklayırsınız.
Daha sonra idarə etdiyiniz səhifələrdən birini seçərək Facebook business Page-ə qoşulun. Yoxdusa yaradın. Daha sonra Instagram sizi avtomatik yönləndirəcək. Lazimi boşluqları doldurun.
Artıq Instagram biznes səhifəniz hazırdır.
Instagram Insights
Analtikadan artıq istifadə edə bilərsiniz.
Bu bölmədə siz:
1. Ümumi postlara baxış sayını (Impressions)
2. Sizin paylaşımlarınızı görən insaların ümumi sayı (Reach)
3. Saytınıza olan ümumi kliklərin sayı (Website Clicks)
4. İstifadəçilərinizin bu platformada aktivlik dərəcəsi (Follower Activity) və s. barədə detallı informasiya toplaya bilərsiniz.
Bir sözlə paylaşımlarınızın performansını asanlıqla müqayisə edə biləcəyik.
Mütəxəssis: Müşfiq Şirəliyev
Mənbə: mushfiqshirali.wordpress.com
Mənbə: mushfiqshirali.wordpress.com
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)