main-post-cover

    Instagram bu dəfə yenilik etmədi, əksinə bir funksiyasını ləğv etdi!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Hər dəfə yenilikləri ilə seçilən Instagram, bu dəfə əksini edərək, bəzi xüsusiyyətlərinə vida edir. "Facebook"un idarəsində olan Instagram, son olaraq Snapchat-ın məşhur hekayələr funksiyasını öz yeniliyi kimi sevənlərinə təqdim etmişdi.
    Bu dəfə də yeniliyə imza atan Instagram artıq əlavə funksiya yerinə əksinə bir xüsusiyyətini ləğv etmək qərarına gəlib. Bu qərar Instagram-ın xəritə fotoları funksiyasını ləğv etməsidir. Instagram-da foto yükləyэкkən əgər öz olduğunuz yeri işarətləsəydiniz, o zaman Instagram bunları Dünya xəritəsi üzərində toplayaraq sizin xəritə albomunuzu düzəltmiş olurdu. Amma artıq bu funksiyaya vida edə bilərsiniz. Bunun səbəbi isə istifadəçi sayının azlıq təşkil etməsi ilə əlaqəli olub. Amma haqsızda sayılmazlar.
    Instagram xəritə
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər