main-post-cover

    İnstagram, Hekayələr xüsusiyyətini inkişaf etdirir

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    İnstagram, rəqibi Snapchat-dan "oğurladığı” Hekayələr funksiyasını inkişaf etdirir. İstifadəçilər artıq şəkil/video paylaşım sosial şəbəkəsində daha çox hekayə tapa biləcəklər.

    Zuckerberg-in sosial media platforması İnstagram, rəqibi Snapchatdan geridə qalmamaq üçün qısa müddət əvvəl əlavə etdiyi Hekayələr (Stories) xüsusiyyətini inkişaf etdirmək üçün bir yenilənmə daha etdi. Snapchatdan "ilham alınaraq” hazırlanan Hekayələr xüsusiyyəti, istifadəçilərin 24 saat içində itəcək şəkillər və videoların paylaşılmasına şərait yaradırdı. Ancaq paylaşılan material yaddaşda olan şəkil və videolardan deyil, birbaşa telefonun kamerası ilə o anda çəkilən görüntülərdən ibarət olurdu.

    Artıq Hekayələri Tapmaq Daha Asandır

    Şəkil paylaşım servisindəki istifadəçilər beləcə izlədikləri şəxslərin, "anlıq” paylaşımlarını heçbir filtr və ya dəyişiklik edilmədən görə bilmək imkanı na qovuşurdular. Ancaq istifadəçilərin izləmədikləri şəxslərin hekayələrini axtarıb tapa bilmələri üçün bir xüsusiyyət yox idi.
    Instagram son etdiyi yenilənmə ilə, kəşf bölməsinin üstündə də şəbəkədəki məşhur hekayələrin görünməsinə şərait yaradır. İstifadəçilər, öz maraq dairələrinə və sıx etdikləri axtarış nəticələrinə görə kəşf bölməsindəki hekayələri də görə biləcəklər.
    Snapchat ilə gizli rəqabət içərisindəki Facebook,Snapchatın ən vacib xüsusiyyəti olan Hekayələrin bənzərini İnstagramda yaradaraq Snapchat-ı birbaşa rəqib olaraq gördüyünü də qəbul etmişdi. Zuckerberg indi Hekayələr xüsusiyyətini inkişaf etdirərək daha çox yeni istifadəçinin Snapchat yerinə İnstagramı seçməklərini ümid edir.
    Snapchatı satın almaq istəyən Mark Zuckerberg-in milyard dollarlıq israrlı təkliflərinin, Snapchatın qurucusu Evan Spiegel tərəfindən rədd edildiyini hamımız bilirik. Spiegel isə indi xüsusi hazırladığı kameralı eynəkləri Spectatles vasitəsilə Snapchat istifadəçilərinin hər an hər yerdə video və şəkil paylaşmasına şərait yaratmaq istəyir və bu yeni silahı ilə Snapchatın məşhurluğunu qatlamağı planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər