Instagram Hekayələri üçün Yeni Funksiya
Sosial Media
07.05.2017
Farid Pardashunas
Instagramın ən son funksiyası olan Hekayələr üçün yenilənmə gəldi. Yenilənmə ilə tətbiqə
yeni bir panel əlavə edilir və Instagram biraz daha dəyişir.
Instagram
Hekayələrinin təqdim edildiyi vaxtdan elə çox keçməyib. Bu platforma üçün hələ
yeni sayıla biləcək olan funksiya vasitəsi ilə şəkillər və videolardan ibarət
bir hekayə yarada bilirsiniz.
Şəkillər
və videolar üzərində edilən dəyişikliklər ilə hazırlanan Instagram Hekayələri ilk əvvəllər bir çox insan tərəfindən tənqid edildi. Çünki sistem Snapchat-ın eyni adlı funksiyasının birə-bir eynisi idi. Buna görə də istifadəçilər, Facebook və Instagramı var olan bir tətbiqi kopyaladığı üçün tənqid atəşinə tutdular.
Amma
işin əsli insanlar bu funksiyaya da alışdılar və indidən Instagram hekayələrlə
dolub, daşdı. Bu hekayələrə daha asan çatmaq və yeni hekayələri izləmək istəyənlər
üçünsə "Explore Tab” yəni Kəşf etmə paneli əlavə edildi.
Bu
panel vasitəsilə insanların paylaşımlarını və yaratdıqları hekayələri görə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)