main-post-cover

    "Instagram", "SnapChat"dan sonra gözünü "Youtube"un funksiyalarına dikdi!

    Digər
    07.05.2017
    Farid Pardashunas

    "Instagram” bəzi istifadəçi hesablarında videolar üçün "Kanallar” funksiyasını sınaqdan keçirdir.

    Şəkil paylaşmaq üçün bir sosial şəbəkə olaraq bilinən "Instagram”, deyəsən gələcəyin videoda olduğunu kəşf edib.
    Hardan bilirik? Tətbiqin "Kəşf et” hissəsində yerləşdirilmiş yeni bir video "Kanallar” bölməsi var.
    Funksiya 6.0.1 Marshmallow ilə işləyən bir Android telefonda görülüb. Normalda, "Kəşf et" səhifəsinə girdiyiniz zaman, "bəyənə biləcəyiniz” video və şəkillərin "thumbnail” görüntüsü ilə qarşılaşırdınız. Burada xüsusi şəkil tiplərinə görə qruplara ayrılmış müəyyən kateqoriyalar var, ancaq bu funksiya geniş formatda, yeni "Kanallar” funksiyasının yanında heç bir şeydir.
    Kanallar ikonuna daxil olduğunuz zaman, 64 fərqli kateqoriyadan ibarət olan menyuya yönləndirilirsiniz.
    "Instagram” bu funksiyanı kiçik bir qrup istifadəçinin üzərində sınaqdan keçirdir. Şirkət, eynilə yeni hazırlanmış "qaralama olaraq saxla” funksiyasında olduğu kimi yeni funksiyalar üçün bunu tez tez edir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər