main-post-cover

    Instagram Stories-i Google Chrome-da necə istifadə etmək olar?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Instagram-ın, "Snapchat”dan götürdüyü Stories hekayələr funksiyasını, istifadəçilər artıq Google Chrome-da da istifadə edə bilərlər.

    "Facebook" şirkəti hər zaman yenilikləri ilə istifadəçilərini qoruyub saxlamaqla bərabər, həm də sayını da artırmağa nail ola bilib. Bir müddət əvvəl "Instagram"ı alan "Facebook", sonralar "Snapchat"ə görə danışıqlar aparsa da, istəyinə nail ola bilmədi. Buna baxmayaraq, "Instagram", "Snapchat"ə məxsus olan Stories hekayələr funksiyasının tam oxşarını istifadəçilərə təqdim etdi. Bu isə tez bir zamanda "Snapchat" istifadəçilərinin kəskin azalmasına səbəb olmuşdu. Bundan sonra isə bu funksiya üzərində işləyən Alek Qarika (Alec Garica) adlı proqramist Chome IG Story adlı əlavəni "Instagram.com" saytına inteqrasiya edib. Beləliklə, Chrome istifadəçiləri "Instagram.com"a daxil olduqda izlədikləri şəxslərin hekayələrini görə biləcəklər. Əlavə hələ ki, o qədər də stabil olmasa da siz keçid vasitəsilə burdan daxil ola bilərsiniz.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər