İnstagram üçün bir paylaşımda bir neçə foto və video seçmək funksiyası rəsmi olaraq təqdim edildi
Sosial Media
07.05.2017
Farid Pardashunas
Instagram komandası bir postda bir neçə foto və video yüklənmə funsksiyasını rəsmi olaraq işə saldı.
Bu özəlliklə istifadəçi, 10-a yaxın foto və video seçərək
onların hər birində istədiyi filtri istifadə, redaktə, ardıcıllıqlarını dəyişə
və sonra bir postdaa paylaşa bilər. Bu cür paylaşımlar hələki bir imza ilə
paylaşıla bilər və onlar hələki kvadrat formasında görünəcəklər. Paylaşımda
olacaq birinci foto və ya video xüsusi işarəyə sahib olacaq. Həmin işarə onu
göstərəcək ki, sözügedən paylaşımda digər foto və videolar da var. Bu tərz
paylaşımlara baxan zaman isə həmin paylaşımların alt hissəsində göy nöqtələr əks
olunacaq. Beləliklə istifadəçilər paylaşımlara albom kimi baxa, onları bəyənə
biləcəklər. Sözügedən yeni funksiya bir neçə həftə ərzində iOS və Android istifadəçilərinə təqdim olunacaq. Lakin indi bəzi istifadəçilər üçün bu
funksiya artıq aktiv şəkildədir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Samsung, premium şarj adapterini təqdim edib!