main-post-cover

    Instagram Web versiyasına bildiriş pəncərəsi əlavə olunub

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook’un sahibi olduğu populyar foto-video platforması Instagram, web versiyasını inkişaf etdirməyə davam edir.

    Daha çox foto və videoların izlənməsi üçün istifadə olunan Web Instagram, artıq daha faydalı bir xüsusiyyət qazanıb və bildirimlərə veb versiya üzərindən də baxmağa şərait yaradır. Səhifənin sağ üst hissəsinə əlavə edilən "ürək" simvolu üzərinə kliklədikdə açılan bildirim pəncərəsi, mobil versiyalarda da olduğu kimi fotolarımızın bəyənilmə və şərh yazılma kimi bildirimləri göstərir. Bundan başqa Facebook’dan gələn dostlarınızı da görə bilərsiniz. Bu yenilik bütün istifadəçilər üçün aktivdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər