main-post-cover

    Instagram\'a yeni funksiya əlavə olunacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Instagram, videolarınızı neçə nəfərin izlədiyini göstərəcək
    Instagram'a yeni funksiya əlavə olunacaq
     
    Instagram, istifadəçilərin paylaşdığı videoları neçə nəfərin izlədiyini və kimlərin bəyəndiyini göstərməyə başlayacağını bildirib. Mövcud sistemdə əgər bir istifadəçi videonuzu 3 saniyədən daha çox izləyirsə bu "1" izlənilmə olaraq qəbul edilir. Əgər videonuz 3 saniyədən daha az izlənibsə, izlənmiş sayılmır. Bir neçə həftə içində əlavə olunacaq bu yeni funksiya ilə istifadəçilər, videolarını neçə nəfərin izlədiyini və bunların kim olduqlarını görə biləcəklər.
     
    Normal istifadəçilərin bir çoxu, yüklədiyi videoları neçə nəfərin izlədiyi ilə çox da maraqlanmır, ancaq Instagram'dan istifadə edən markalar, məşhurlar və bunu bir gəlir mənbəyinə çevirən şəxslər üçün bu statistika çox əhəmiyyətlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər