main-post-cover

    Instagramda şərhlərə nəzarət dövrü başladı

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

     Əgər instagram istifadə edirsinizsə istəmədiyiniz şərhlərin nə qədər cansıxıcı olduğunu bilirsiniz. Əslində sadəcə İnstagramda deyil bütün sosial şəbəkələrdə eyni vəziyyət mövcuddur.

    İnstagramı digərlərindən daha sıxıntılı bir platforma halına gətirən isə şərhlərə qadağa qoymağın mümkün olmamasıdır.İstifadəçilər öz şəkillərinə şərh yazanlar üzərində söz sahibi ola bilmir və buna görə də şəkillərin altı istənməyən şərhlərlə və reklam mesajlarıyla dola bilir.Yeni gələn funskiya sayəsinə artıq istifadəçilər İnstagram şərhləri üzərində söz sahibi olacaqlar.İstifadəçilər şərhlərində olmasını istəmədikləri sözləri filtrləyə biləcəklər.Sözügedən funksiyayla yanaşı istifadəçilər istəyə bağlı olaraq Youtube sosial şəbəkəsində olduğu kimi istədikləri şəkilə heç bir şərhin yazılmamasına qadağa qoya bilərlər.Aylıq 500 milyondan çox istifadəçisi olan İnstagramın bu funksiyanı mərhələli olaraq istifadəyə açacağı və irəlidəki aylarda bütün istifadəçilərin bu funksiyadan istifadə edə biləcəkləri gözlənilir.

    İnstagramın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri "Nicky Jackson Colaco" bu barədə açıqlama verərkən;Məqsədlərinin İnstagramı daha səmimi,əyləncəli və hərşeydən vacibi təhlükəsiz bir yer halına gətirmək olduğunu bildirib.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər