main-post-cover

    Instagramın çatışmayan 7 cəhəti

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Sonuncu yenilənmə bizə yenilik gətirmədi! Dizayn dəyişikliyi gözlədiyimiz deyildi!
    Dünən xəbər verdiyimiz kimi İnstagrama böyük yenilənmə gəldi. Lakin istifadəçilər gözlədikləri funksiyalar yerinə sadəcə ağ-qara dizaynla qarşılaşdılar. Bəs istifadəçilər nə istəyir? Çoxdan gözlənilən 7 funksiyanı nəzərinizə çatdırırıq:
     
    1. iPad üçün rəsmi proqram yoxdur.
     
    Planşet istifadəçiləri Instagrama girmək üçün lap bizim sürücülərimiz kimi daim alternativ yollardan istifadə edir. Facebook bu məsələyə aydınlıq gətirmir. iPhone və iPad üçün universal bir proqramın çıxacağı barədə isə heç şayələr belə yoxdur.
     
    insta_bad_4
     
    2. Repost düyməsi yoxdur. 
     
    Bəyəndiyiniz bir postu dostlarınızla paylaşmaq üçün müxtəlif proqramlardan istifadə etmək lazımdır. Niyə və nə səbəbə bu lazımlı funksiya hələ də proqramda yoxdur? Facebook-a daha bir sualımız var.
     
    insta_bad_5
     
    3. Follower-ləriniz arasında axtarış yoxdur.
     
    İstədiyiniz bir adamı followerləriniz arasında tapmaq üçün siz ümumi axtarışdan istifadə etməlisiz Bəs həmin adamın nik name-nı bilmədiyiniz halda necə olacaq? Facebook 3-cü sualımızada cavab tapa bilmirik!
     
    insta_bad_6
     
    4. Seçilmiş dostlar siyahısı yoxdur.
     
    Nəzərinizə çatdırırıq ki, Instagramda yaxın günlərdə xəbər lentinə yenilik gətirəcək. Siz artıq postları vaxt sıralaması ilə deyil məhşurluğa görə görəcəksiniz. Və bu üsul bir çox dostunuzun postlarını nəzərdən qaçırmağa vadar edəcək. İzləmək istədiyiniz adamları isə rahat "seçilmiş"lər listinə əlavə etmək və asanlıqla izləmək şansı isə yoxdur. 
     
    insta_bad_7
     
    5. Linklərdən istifadəyə qadağa
     
    Şəkil haqqında məlumata heç bir link yerləşdirə bilməmək yəgin ki sizidə əsəbləşdirir. Bu reklamların qarşısını almaq üçün nəzərdə tutulsada reklamçılar onsuz bir yolunu tapıb bizə reklamlarını çatdırır. Facebook bu məsələyədə baxmalıdır
     
    insta_bad_8
     
    6. "N nömrəli lazer mərkəzi" sizi izləməyə başladı
     
    Spammerlərə və botlara qarşı mübarizə yəgin ki aparılır. Lakin biz bunu görmürüm. Hər iki gündən bir müxtəlif reklam xarakterli səhifələrin bizi izləməsi buna əyani sübutdur!
     
    insta_bad_10
     
    7. Şəkil yadda saxlamaq və bütün ekran boyu aça bilməmək
     
    Rəsmi proqramın ən nifrət doğuran funksiyasıdır. Ancaq şəkillərdən ibarət olan bir sosial şəbəkədə şəkilləri böyütmək olmur! Bu sadəcə "Facepalm"-dır. Həmçinin bəyəndiyin şəklidə yaddaşda saxlaya bilmirsən. Instagram bizə göstərir ama vermir... 
     
    insta_bad_9
     

    Linki kopyala