main-post-cover

    Instagramın bu dəfəki yeni funksiyası nə vəd edir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bir müddət əvvəl dataları ölçmək üçün istifadə olunan instagramın statistika əlavəsini, artıq istifadəçilər öz səhifələrində izləyə biləcəklər. Sadəcə mobil cihazlarınızda istifadə edə biləcəyiniz bu xüsusiyyətin işləmə prinsipi sadədir: Profil və ya brend səhifənizi açanda, bir pop-up açılır və "Statistikaya keç” bildirişi ekranda görünür və siz həmin seçimə daxil olmaqla Instagram səhifənizin statistikasını izləyə bilirsiniz. Beləliklə, profilinizin sol küncündə "tənzimləmələr” bölümünün yanında kiçik statistik çubuqlar görünür. Təbii ki, bu göstəriciləri sadəcə siz görə bilirsiniz. Bu göstəricilər arasında cinsiyyət, yaş aralığı, məkan, saatlar, bütün məlumatların toplam neçə dəfə görüldüyü, internet səhifəsinə kliklərin sayı, bir həftə ərzində bütün məlumatların göstərilmə sayı öz əksini tapır. 
    Artıq bunun sayəsində brend və şəxslər öz izləyici statistikalarını dəqiq müəyyən edə biləcəklər. Bu yeniliyin brend və şəxslərə öz fəaliyyətlərini daha da inkişaf etdirməkdə yardımçı olması gözlənilir.

     




    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər