main-post-cover

    İnternet bağlantınız olmasa belə məlumatlarınız oğurlana bilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Kompüterinizi qorumaq üçün internet qoşulmanızı söndürməniz də bəs etmir. Ortaya çıxan məlumatlara görə hackerlər, sadəcə hard diskinizi dinləyərək vacib məlumatlarınızı ələ keçirdə bilirlər.

    İsrail-in "Ben-Gurion Universiteti”ndə işləyən Mordeçayi Quri tərəfindən tanıdılan yeni texnika ilə hackerlər, internet ilə hər hansı bir bağlantısı olmayan bir kompüterdən də məlumat oğurlaya bilirlər. Kompüter və içindəki məlumatlar nə qədər yaxşı qorunursa qorunsun, cihazın yanına bir şəkildə mikrofon yerləşdirə bilən hackerlər, diskin yazma səslərini dinləyərək məlumatları klonlaya bilir. Bildiyiniz kimi günümüzdə bir çox hard disk, məlumatları diskin üstünə yazır və yazma prosesində, insan qulağının belə eşidə biləcəyi səslər çıxardır.
    Aşağıda paylaşdığımız videoda da görə biləcəyiniz kimi, internet ilə hər hansı bir bağlantısı olmayan kompüterin yanına bir cihaz yerləşdirilir. Bu cihaz, hard diskin məlumat yazdığı müddətdə çıxartdığı bütün səsləri qeyd edir.
    Cihazın yolladığı məlumatları alan DiskFiltration adlı bir tətbiq, bunları binary sistemə yəni 0 və 1-lərə çevirir. Bütün dinləmə işinin tamamlanmasından sonra binary məlumatlar, istifadə edilə bilən fayllara çevrilir və əldə edilmək istənilən məlumat ortaya çıxır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər