İnternet olmadan da Chrome istifadəsi mümkün olacaq

08.05.2017 0 PAYLAŞIM 5967 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Chrome-un Android versiyasına gələn yenilənmə ilə birlikdə istifadəçilər, web saytları yüklədikdən sonra internetləri olmadan da görə biləcəklər 

Offline mobil tərcübəsi getdikcə yayılmağa başlayır. Artıq bir çox tətbiq, oxumaq istədiyiniz hər hansı bir məqaləni daha sonra oxuya bilmə xüsusiyyətini gətirməyə başladı. Chrome-un Android versiyası da oxşar bir yeniliklə qarşımıza çıxır.
"Google ", qarşıdakı bir neçə gün içərisində Play Store-da Chrome üçün ən çox tələb olunan bu xüsusiyyəti aktiv edəcəyini açıqladı. Hər zamankından daha çox səhvlik düzəldilməsinin ediləcəyi yenilənmə ilə istifadəçilər istəsələr offline olaraq baxmaq üçün saytları tamamilə yadda saxlaya bilərlər. Bu xüsusiyyət sadəcə məqalə oxumaq üçün deyil, həmçinin musiqi dinlənmək ya da video izləmək üçün də keçərlidir. 
Bunlardan əlavə Chrome, mətn sahələrindəki səhv yazılmış sözlərin görülməsinə də şərait yaradacaq. Əlavə olaraq istifadəçilər, məqalədə eynilə komputer versiyalarındakı ctrl+f  klaviş kombinasiyasının istifadə edlməsi kimi söz əsaslı axtarış edə biləcəklər.
Əgər Android cihazınızda Chrome yüklüdürsə yenilənmənin gəlib-gəlmədiyini öyrənmək üçün Play Store-u açıb "Google Chrome "u axtarın. Yenilənmə gəlibsə, onsuzda "yenilə " bildirişini görəcəksiniz. Əgər yoxdursa da bir neçə gün sonra gəlib-gəlmədiyini təkrar yoxlayın.