main-post-cover

    İnternetlə tapdığı hüquq şirkətinə müraciət etdi özü məhkəməlik oldu

    Elm & Texnologiya
    07.05.2017
    Orkhan Karimov

    ABŞ-da yaşayan gənc qız siğorta şirkətini məhkəməyə vermək istədi, amma internetdə şirkət haqda rəy paylaşdığı üçün özü məhkəməlik oldu.

    Texasda yaşayan 20 yaşlı Lan Cai, evə qayıdarkən onu vuran sərxoş sürücüyə görə siğorta şirkətini məhkəməyə vermək istəyib. Bunun üçün Lan Cai, ABŞ-da çox tanınan xidmət platforması olan Yelp-dən özünə vəkil tutub. Amma vəziyyət bundan sonra daha qəliz hal alıb.
    Belə ki, xanımın tapdığı hüquq firmasının vəkilləri əvvəlcə evə gəlib, Cainin anasından icazə alaraq evə daxil olub və qızdan icazə almadan otağına daxil olublar. Vəziyyət belə olduqda isə Cai əsəblərinə hakim ola bilməyib. Burda xanıma hak qazandırmaq olar, çünki qızın otağına daxil olarkən ilk olaraq ondan bunun üçün icazə istənməyib, ikinci olaraq isə gecə olduğu üçün xanım yatmaqdaymış.

    Bundan sonra Cai yaranmış vəziyyətlə bağlı şirkətin səhifəsinə şikayət məktubu yazıb. Buna görə hüquq şirkəti Caiyə 100.000 dollarlıq təzminat davası açıb. Uzun çəkən məhkəmə prosesindən sonra qızın söz azadlığı əsas gətirilərək bəraət qazanıb.
    Cai öz ifadəsində Yelp platformasında şirkət haqda heç bir mənfi rəylə qarşılaşmadığını və başına gələn hadisələrdən sonra firmadan zərərçəkənlərin təhdid edilərək mənfi mesajlarının silinə biləcəyini təxmin etdiyini bildirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər