"iOS 10"-un bütün xüsusiyyətləri!

3085

iOS 10 sonunda "Apple" istifadəçiləri üçün istifadəyə aktiv edildi. Keçən həftə keçirilən iPhone 7 təqdimat mərasimində çıxış tarixi qeyd edilən iOS 10 üçün gözlənilən an gəldi.

"Apple" istifadəçilərinin gözlədikləri iOS 10 yenilənməsi dünən Bakı saatı ilə 21:00-da aktiv edildi. Yenilənmə ilə birlikdə gələn bir çox funksiya istifadəçiləri gözləyir. 

Yeni iOS versiyası olan iOS 10 ilə birlikdə yüzlərlə xüsusiyyət dəyişərkən, istifadəçilərin daha xüsusiləşdirilə bilən bir əməliyyat sistemi istifadə etmələri üçün çox əmək sərf edilmişə oxşayır. Şəkil və xatirələrinizi görüntüləyə bilmək, xəritə üzərində edilmiş təkminləşdirmələr və hamısından vacibi ciddi bir istifadəçi təcrübəsi üzərində kifayət qədər əmək sərf edilib.

iOS 10 Xüsusiyyətləri! 

iOS 10 dedikdə ağlımıza gələcək ilk xüsusiyyət kilid ekranı olur. Bildirişlər dəyişir və 3D Touch xüsusiyyəti burada da istifadə edilir.

"Siri" isə artıq 3-cü dərəcəli tətbiqlər ilə bağlantı yarada biləcək. Apple Music-in tamamilə dəyişdiyi yenilənmənin digər detalları isə belədir:

- Artıq öz əl yazınız ilə mesaj yaza biləcəksiniz və dostlarınız mesajlarınızı bu formada görə biləcəklər.

- Mesaj balonlarının görüntüsünü və boyunu dəyişdirə biləcəksiniz

Gizli mesaj göndərə biləcəksiniz, xüsusi təbriklər edə biləcəksiniz

- Mesajların üzərinə stikerlər əlavə edə biləcəksiniz


- Yeni dizayn xüsusiyyətləri ilə videolar üzərində belə xüsusiləşdirmə edə biləcəksiniz 

- Sözləri emosiya halına gətirə biləcəksiniz

iMessage yeniləndi. Mesajlardan çıxmadan məzmun hazırlaya bilər, paylaşa bilər və ödənişlərinizi edə bilərsiniz 

Ağıllı şəhər bələdçisi artıq istiqamətinizə dair ətraflı təkliflər hazırlayır

- Artıq musiqi dinləyərkən mahnı sözlərini görə bilirsiniz

- Ev tətbiqi vasitəsilə işıqları yandıra bilər, qapıları aça bilər və evinizi telefondan idarə edə bilərsiniz

- iPhone-u sadəcə yerindən qaldıraraq bildirişlərinizi oxuya bilərsiniz

Bildiriş ekranı təkminləşdirildi. Artıq tək toxunuşla şəkilləri, videoları görə bilər və mesajları cavablaya bilərsiniz

- "Apple" mobil cihazların təhlükəsizlik sistemlərini təkminləşdirdi.

iOS 10 yenilənməsini alacaq cihazlar 

iPhone 6s, iPhone 6s Plus, iPhone 6, iPhone 6 Plus, iPhone SE, iPhone 5s, iPhone 5c, iPhone 5, iPad Pro 12.9 inç, iPad Pro 9.7 inç, iPad Air 2, iPad Air, iPad 4. nəsil, iPad 3. nəsil, iPad 2, iPad mini 4, iPad mini 3, iPad mini 2, iPad mini.

 

 



iOS 10 eyni zamanda yeni nəsil "Apple" mobil cihazlar iPhone 7 və iPhone 7 Plus üçün də vacib bir hazırlıq olacaq. iPhone 7-nin, 16 Sentyabr tarixi etibarı ilə satışına başlanılacaq. Alıcıların 32 GB-lıq model üçün 649 Dollar ödəməli olduğu iPhone 7, Azərbaycanda nə vaxt və hansı qiymətə satışa çıxarılacağı barədə sizlərə gələcək xəbərlərimizdə məlumat verəcəyik.