"iOS 10 Yükləməyin!" xəbərdarlığı gəldi!

2329

Əgər hələki iOS 10 yükləməmisinizsə biraz daha gözləməlisiniz çünki "Apple" çox vacib bir səhvi aradan qaldırmaq üçün səy göstərir.

Bir neçə gün əvvəl "Apple", yeni əməliyyat sistemi iOS 10-u bir çox mobil cihazlar üçün istifadəyə verdi. Yenilik yayınlandıqdan bu tərəfə təəssüf ki, səhvlərin ardı-arxası kəsilmədi. İndi də "T-Mobile", "Apple" mobil cihazları istifadə edənlərə xəbərdarlıq etdi.

"T-Mobile" sadəcə Amerikadakı öz müştərilərinə deyil, bütün dünyadakı iPhone 6, iPhone 6 Plus və iPhone SE istifadəçilərinə xəbərdarlıq etdi. Şirkət bu cihazlara sahib istifadəçilərin iOS 10 yenilənməsini hələki tətbiq etməmələrini təklif etdi. 

Bu cihazlar iOS 10-dan qaynaqlanan bir səhvdən ötəri internet qoşulmalarını itirə bilirlər və bir çox qoşulma problemləri yaşayırlar. "Technote.az" "T-Mobile"ın rəsmi Twitter səhifəsinə istinadən xəbər verir ki, problem 24 ilə 48 saat arasında həll ediləcək və daha sonra istifadəçilər rahatlıqla yenilənməni yükləyə bilərlər. 


Əgər iOS 10 ucbatından qoşulmanız itirsə və geri gəlmirsə, problem həll edilənə qədər etməli olduğunuz proses olduqca sıxıcıdır. Qoşulmanı geri gətirmək üçün cihazınızı söndürüb yandırmalısınız. Yenə getsə, yenə eyni prosesi təkrarlamalısınız.