main-post-cover

    iOS 10.2 təqdim edildi!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Apple", iOS 10.2 yenilənməsinin son versiyasını təqdim etdi. Bəs iOS 10.2 ilə birlikdə gələn yeniliklər nələrdir və hansı modellər bu versiya ilə işləyə biləcək? 

    "Apple", iOS 10.2 yenilənməsinin testlərini 6-cı beta versiyası ilə sonlandıraraq, dünən final versiyasını təqdim etdi. 
    iOS 10.2 yenilənməsi ilə gələn yeniliklərdən, uyğun cihazlara qədər bir çox məlumatı bu xəbərimizdə sizlər ilə paylaşırıq. 

    iOS 10.2 nə kimi yeniliklər təklif edir?

    Təxminən 360 MB həcmində olan iOS 10.2 yenilənməsi ilə birlikdə istifadəçilərin qarşısına çıxan yeniliklərdən ilk olaraq, MacBook Pro təqdimat mərasimində tanıdılan TV tətbiqi gəlir. Hazırda sadəcə ABŞ-da istifadə edilə bilən tətbiq,TV verlişlərinə və filmlərə rahatlıqla baxmanıza şərait yaradır.
    100-dən artıq yeni emosiyadan başqa iPhone 7 və iPhone 7 Plus istifadəçilərinin işlədə biləcəyi üç yeni divar kağızı da, iOS 10.2 ilə birlikdə gələn yeniliklər arasında yer alır. 

    iOS 10.2-ni necə yükləmək olar?

    iOS 10.2 yenilənməsini yükləmək üçün tək etməli olduğunuz, Tənzimləmələr> Ümumi>Əməliyyat sistemi yenilənməsi bölməsində qarşınıza çıxan yenilənmə xəbərdarlığında Endir və Yükləni seçməkdir.
    Əlavə olaraq, iOS 10.2 yenilənməsini iPad, iPod və ya iPhone-unuzu kompüterinizə qoşaraq iTunes üzərindən edə bilərsiniz.
     

    iOS 10.2 yenilənməsini alan modellər

    iOS 10.2 yenilənməsi; iPhone 5, iPhone 5c, iPhone 5s, iPhone SE, iPhone 6, iPhone 6 Plus, iPhone 6s, iPhone 6s Plus, iPad Air, iPad Air 2, iPad 2, iPad 3, iPad 4, iPad mini, iPad mini 2, iPad mini 3, iPad mini 4, iPad Pro, 9.7 inç iPad Pro və iPod touch 5 modellərini əhatə edir.
    Linki kopyala