main-post-cover

    iOS 10.2.1 istifadəçiləri, şarj ilə bağlı problemlər yaşayırlar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iOS 10.2.1 ilə batareya problemləri hələ də həll olunmayıb.

    Uzun bir test müddətinin ardından ötən bazar ertəsi paylaşılan iOS 10.2.1, xətaların aradan qaldırılmasını təmin edən yenilənmə idi. Bəs bu yenilənmə batareya nasazlığını həll etdimi? Oktyabr ayında iOS 10.1–in təqdim edilməsinin ardından iOS istifadəçiləri ümumi olaraq batareya problemi yaşamağa başladı. iPhone 7iPhone 7 Plus istisna olmaqla, istifadəçilər batareya səviyyəsinin 30%–ə  gəldiyində cihazların bağlanmasından şikayət etməyə başladılar. Qəribə olan isə, bəzi vəziyyətlərdə cihaz bağlanmadan əvvəl batareya səviyyəsinin 30%-dan 1%-ə düşməsidir. Hər iki vəziyyətdə də telefon şarja taxıldıqda batareya səviyyəsi 30%-dən başlayaraq artmağa davam edir. Bu problem iOS 10.2-də daha çox, istifadəçiyə təsir etməyə başladı. Apple dəstək birlikləri forumunda nasazlıqla əlaqəli açılan mövzu, 125 səhifəni  keçmiş vəziyyətdədir. Bəs "Apple”ın 1.5 ay ərzində test etdiyi iOS 10.2.1 bu nasazlığı həll edə bildimi?
    iOS 10.2.1-də nasazlıq davam edir  "Apple”, iOS 10.2.1 yenilənməsiylə "xəta düzəlişləri” vəd edilmişdi. Ancaq iPhone-da yaşanan batareya səviyyəsinin 30%–ə düşməsi ilə telefonun bağlanması problemi aradan qaldırılmayıb. Bir çox istifadəçi hələdə bu problemi yaşayır. Forbes-dan Gordon Kelly, mövzu ilə bağlı açıqlama verdi. Kelly-ə görə "Apple”, 10.2.1-in testləri əsnasında paylaşdığı beta versiyalarında bu yenilənmənin nə məzmunu, hansı xətaları düzəltdiyi haqqında məlumat verməyib. Yenə Kelly-ə görə 10.2.1-də batareya səviyyəsinin 30%-də bağlanma nasazlığını aradan qaldırmaq üçün heç bir cəhd göstərmədiyini və "Apple”ın bu problemi görməzdən gəldiyini bildirdi. Çin istehlakçı dərnəyi də "Apple”ı, istehlakçı ehtiyaclarını qarşılaya bilmədiyi üçün günahlandırır. "Apple”ın nə nasazlıqla bağlı nədə bu mövzuyla bağlı bir açıqlama verməyib. Bu səbəblə əlaqəli olaraq  bu vaxtlarda test edilən iOS 10.3–də bu problemi aradan qaldırmaqla bağlı yenilənmələr edilib edilməyəcəyi məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər