main-post-cover

    iOS 9.3.3 Beta 1 yayımlandı. Apple nə edir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iOS 9.3.3 Beta 1 developerlər üçün yayımlandı. Yenilənmədə ümumi olaraq əvvəl ki, sistemlərdə olan xətalar aradan qaldırılıb.

    Ötən günlərdə Apple iOS 9.3.2 yenilənməsini təqdim etdi. Yenilənməni təqdim etməkdə əsas məqsəd köhnə sistemdə olan xətaları aradan qaldırmaq olsa da, gözlənilənlərin əksinə iOS 9.3.2-dən sonra xətalar ortaya çıxmağa başladı. Hətta bəzi iPad modellərinə yenilənmənin göndərilməsi dayandırıldı. Bu vəziyyətdən sonra Apple tez bir zamanda iOS 9.3.3 təqdim etməli idi və dünən iOS 9.3.3 Beta 1 developerlər üçün yayımlandı.

    iOS 9.3.3 koduna sahib olunan yenilənməni hələ ki, Apple developerləri yükləyə bilər. Yenilənmədən hər hansı böyük yenilik gözləməyə dəyməz. Seriyasındakı rəqəm fərqindən də bunu hiss etmək olar. Bu yenilənmənin əsas məqsədi ortaya çıxan problemləri həll etməkdir. Əgər siz də iOS developersəniz iOS 9.3.3 Beta 1 yenilənməsini Apple Developerlər Mərkəzindən yükləyə bilərsiniz.

    Apple son zamanlar proqramlaşdırma tərəfdən sıxıntılar yaşayır.

    Bugünə qədər sürətli, donmayan və heç bir problem olmayan əməliyyat sistemi təklif edərək, istifadəçilərin ürəklərində tax tac quran Apple, deyəsən bu tacını başqalarına vermək niyyətindədir. Xüsusilə iOS 9-dan sonra böyük proqramlaşdırma problemləri yaşayan Apple, davamlı olaraq yeniliklər çıxarmaqla bunu həll etməyə çalışır. Lakin, görünən odu ki, problemlərin həlli əvəzinə yeni problemlər ortaya çıxır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər