main-post-cover

    iOS-da müəyyən müddətliyinə ödənişsiz olan 6 ödənişli tətbiq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iOS-da müəyyən müddətliyinə ödənişsiz olan 6 ödənişli tətbiqi sizlər üçün təqdim edirik. 

    Ödənişli bir mobil tətbiqi satın almazdan əvvəl bir müddət sınaqdan keçirə bilmək çox gözəl olardı. Bu vəziyyət hər zaman və hər tətbiq üçün keçərli olmasa da bəzi istisnalar mövcuddur. iOS-da bir müddətliyinə ödənişsiz olaraq təqdim edilən 6 ödənişli tətbiqi aşağıda sizlərlə paylaşırıq.

    Piku Piku

    Bu tətbiq, iPhone kameranızı istifadə edərək GIF-lər ya da video təkrarlar hazırlamağınıza və paylaşmağınıza şərait yaradır. Tətbiqin normalda qiyməti 1.99 dollardır.

    Smart Alarm Clock

    Ağıllı bir alqoritm istifadə edərək yuxu alışqanlığınızı izləyər və zəngli saatı təyin etdiyiniz zaman aralığında, yuxunuzun ən yüngül olduğu mərhələdə işə salar. Bu, bədəninizin təbii olaraq oyanmağa hazır olduğu optimal zamandır. Normalda tətbiqin qiyməti 0.99 dollardır.

    Budget and Expense Tracking

    Bu, büdcənizə qənaət etmənizə, dataları analiz etməyinizi, cari valyuta qiymətlərinə görə çevirmələr etməyinizə və s. şeylərə imkan tanıyan sadə bir xərclərin təqibi tətbiqidir. Tətbiqin qiyməti 2.99 dollardır.

    Magical Beasts: Where to Find Fantastic Creatures and Nab Them

    Müxtəlif varlıqları tutmaq üçün telefonunuzun kamerasını istifadə etdiyiniz bir oyundur. Ancaq diqqətli olun! Bu varlıqlardan bəziləri yaxşı, bəziləri isə pisdir. Tətbiqin normaldakı qiyməti 0.99 dollardır.

    Tones

    Sadəcə ekrandakı nöqtələrə toxunaraq melodiyalar hazırlaya bildiyiniz bir tətbiqdir. Əlavə olaraq tətbiq, istifadə edilən səsləri, mahnının ritmini və uzunluğunu idarə etməyinizə şərait yaradır. Tətbiqin normaldakı qiyməti 0.99 dollardır.

    Map Locations

    Bu tətbiq, favorit məkanlarınızı etiketləyərək onları xəritəyə qeyd etməyinizə şərait yaradır. Normalda tətbiqin qiyməti 1.99 dollardır.
    Linki kopyala