main-post-cover

    IOS platformasında WhatsApp güvənli olmaya bilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Informasiya təhlükəsizliyi üzrə mütəxəssis Jonathan Zdziarski aşkar edib ki, WhatsApp-ın IOS platforması üçün olan versiyasında istifadəçi ismarıcları pozduğu halda belə tətbiq iCloud ilə sinxronlaşaraq ismarıcların arxivlərini özündə saxlayır. Zdziarski-nin fikrincə həmin məlumatlar hacker və xüsusi dövlət orqanları tərəfindən istifadə oluna bilər. Onlar isə öz növbəsində bunu istifadəçinin xəbəri belə olmadan onun iCloud hesabını sındırmaqla edə bilərlər. Həmçinin bunu iPhone cihazının daxilindəki məlumatların rezerv bazasına sahib olan istənilən şəxs edə bilər. Hal-hazırda WhatsApp ikitərəfli kodlaşdırma sistemindən istifadə edir. Lakin ismarıcların tarixçələri kodlaşdırılmır. Zdziarski öyrənib ki, messengerdə söhbət zamanı həqiqətən də mətnli məlumatları və digər faylları ələ keçirmək mümkün deyil. Lakin buna baxmayarq onlar iCloud servisinə kopyalanır. Məhz buna görə həmin məlumatların kənar şəxslər tərəfindən əldə olunma riski böyükdür. Çıxış yolu isə digər messenger və ya WhatsApp-ın Android versiyasından istifadə etməkdir. Təbii ki, ismarıcların Dropbox servisinə backup olunma funksiyasını deaktiv etmək şərti ilə. 
    Linki kopyala