main-post-cover

    iOS üçün Facebook tətbiqi yeniləndi!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    iOS üçün Facebook tətbiqinə gələn böyük yenilənmə, istifadəçilərə bir çox yeni xüsusiyyətlər təqdim edir. Facebook ilə artıq yemək sifarişi belə edə bilərsiniz.

    "Facebook”, iOS tətbiqi üçün mühüm bir yenilənməni həyata keçirdi. Yenilənmə ilə birlikdə ətraflı bir dəyişiklik siyahısı da paylaşan şirkət, bütün yeni və inkişaf etdirilmiş xüsusiyyətləri vurğuladı.
    Yenilənmə ilə birlikdə bir şey satın almaq və ya bir yerə getmək istəyən Facebook istifadəçilərinə, həyatı asanlaşdıracaq yeni xüsusiyyətlər gəldi.

    Restorandan sifariş verin

    Yenilənmə ilə birlikdə, yemək sifariş etmək istədiyiniz restoranın Facebook səhifəsindən evinizə sifariş verə biləcəksiniz. Təbii ki, bunun üçün restoranın Facebook səhifəsi üzərində sifariş qəbul edir olması mütləqdir.
    Kino və ya fərqli tədbirlərə maraq göstərən istifadəçilər üçün də maraqlı xüsusiyyətlər var

    Artıq Facebook səhifələr və Fandango vasitəsilə bilet alına biləcək.

    Ticketmaster Eventbrite iş ortaqlığınında inteqrasiya edildiyi yenilənmədən sonra, istifadəçilər artıq tədbir biletlərini birbaşa Facebook üzərindən ala bilərlər.

    Bir başqa vacib yenilənmə də rezervasiya etmək xüsusiyyətinin əlavə edilməsidir. Bu yenilik vasitəsilə spa və ya masaj salonuna gedəcək biri, Facebook vasitəsilə uyğun mərkəzin səhifəsindən rezervasiya üçün saat təyin edə biləcək.
    Facebookun paylaşdığı məlumatlara görə ilkin olaraq ABŞ istifadəçilərinə təqdim edilən yenilənmə, bir neçə gün içərisində dünyanın hər yerindən olan istifadəçilər üçün paylaşılacaqdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər