iPhone 6s-i inanılmaz əşya ilə əvəz edərək oğurladı

459

Sankt Peterburqda bir kişi iPhone 6s-i içində sabun olan cihazın qutusu ilə dəyişərək oğurlayıb.

Kişi Savuşkin küçəsində olan mağazaya səhər saatlarında daxil olub satıcıdan iPhone 6s smartfonuna və ona olan aksessuarlara baxmağı istəyib. Satıcının diqqəti başqa yerə yönələndə isə dələduz smartfonun qutusunu eynisi ilə, lakin içində sabun olanı ilə dəyişib. Daha sonra o, öz şəxsiyyət vəsiqəsini avtomobildə unutduğunu deyib və mağazadan ayrılıb. Mağazadan ayrılandan sonra dələduz Sankt Peterburqun digər bazarında cihazı satmaq istəyib. Bir neçə müddətdən sonra mağazada problemin fərqinə varıblar və polisə müraciət ediblər. Oğrunu tez bir zamanda yaxalamaq mümkün olub. Nəticədə məlum olub ki, oğru Petrozavodsk-un 42 yaşlı sakinidir. Dələduzluq barəsində məhkəmə işi başladılıb. Oğrunu isə şəhəri tərk etməməsi qadağası ilə azadlığa buraxıblar.