main-post-cover

    iPhone 7 aldı və cihazda naməlum şəxsin fotolarını aşkar etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Çində yaşayan bir qadın yeni iPhone 7 smartfonunu alıb. Lakin sonradan baş verən hadisə qadının təəccüblənməsinə səbəb olub.

    Belə ki, çinli qadın aldığı iPhone 7 cihazında yad adamın fotolarının olduğunu aşkar edib. Məlumata əsasən qadın, smartfonu "Apple”ın rəsmi saytından sifariş etmişdir. Yeni cihazı əldə edəndən sonra qadın öz köhnə iPhone-dakı fotoları yeni modelə köçürən zaman ona tamamilə yad olan şəxsin fotolarını aşkar edib. "Technote.az”ın "Macdigger.ru”a istinadən verdiyi xəbərə əsasən yeni cihazda naməlum qadının 82 ədəd fotosu olub. Həmin fotolar 29 Sentyabr-17 Oktyabr tarixləri aralığında çəkilib. Hiddətlənmiş qadın Apple mağazasına müraciət edib.
    Orda ona digər yeni iPhone 7 modeli təklif olunub. O, bu təklifdən imtina edərək vəziyyətlə bağlı açıqlama tələb edib. Qadın əmindir ki, ona işlənmiş iPhone 7 modelini, yeni adı ilə satıblar. "Apple” bildirib ki, çox güman ki, şirkət işçisi fotoları smartfonun testi məqsədilə çəkib. Lakin hansısa səbəbdən onları silməyib. "Əgər bu doğurdan da belədirsə onda nəyə görə çəkilişlər 20 gün ərzində davam edib?” – deyə qadın etirazını bldirib. Əgər müəyyən edilsə ki, "Apple” alıcıya işlənmiş iPhone 7 modelini yeni smartfon adı ilə satıb, onda şirkət qadına külli miqdarda kompensasiya ödəməli olacaq.
    Linki kopyala