main-post-cover

    iPhone 7 almaq üçün növbədə gözləməyin dəyəri 3000$ təşkil edir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    "Apple" cihazları hər zaman diqqət çəkməyi bacarıb. Bu dəfə də vəziyyət əvvəlkilərdən fərqlənmir. Belə ki, artıq 5 gün öncədən bir çoxları iPhone 7-yə sahib olmaq üçün növbədə gözləməyə başlayıblar. iPhone 7 seriyasında bir sıra dəyişikliklər müzakirə obyekti olsa da, insanlar hələ də bu model telefona sahib olmaq üçün uzun növbələrdə öz yerlərini alırlar. Nə qədər təəccüblü olsa da belə ölkələr siyahısında BerlinNyu York şəhərlərindəki növbələr daha çox diqqət çəkir. Bu ərazilərdə yerləşən mağazaların qarşısında insanlar çadır quraraq açılışın nə vaxt baş tutucağını səbirsizliklə gözləyirlər. Daha bir maraqlı məqam isə Nyu Yorkda növbənin pul qarşılığında təhvil verilməsidir.
     
     

    Növbədə gözləməyin dəyəri 3000$ təşkil edir!

    Nyu Yorkdan gələn xəbərlərə görə bəzi insanlar növbədə gözləyərək yer tutur və bu yeri başqasına vermək üçün 2.500$ ilə 3000$ arasında pul tələb edirlər. Bu nə qədər qəribə səslənsə də sıranı almaq istəyən insanlar tapmaq çətin deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər