main-post-cover

    iPhone 7 bugünə qədərki ən yaxşı kameralı iPhone modeli olacaq!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Kamera mövzusuna bu il tam mənası ilə diqqət ayıran "Apple”, iPhone 7 modelində 4K keyfiyyətdə 60FPS video çəkilişi edə bilən bir kameraya yer verəcək!

    Bugünə qədərki iPhone modellərinin ciddi və yaxşı bir imic əldə etdiyini bilirik, ancaq xüsusilə kamera mövzusunda iPhone-ların digər bəzi telefon modellərinə görə geridə qaldığı açıq-aşkar ortadadır. Ancaq "Apple”, rəqiblərindən bəlkə də biraz geri qaldığı tək xüsusiyyət olan kamera barədə vacib addımlar atır. Bugün, Bakı saatı ilə 21:00-da San Fransiskoda keçiriləcək olan "Apple” təqdimatında nümayiş etdiriləcək olan iPhone 7 ilə bizləri bir neçə saat ayırır.

     iPhone 7-nin Təqdimatına Saatlar Qaldı!                             

    Paylaşılan vacib bir sızıntı xəbərində bildirilir ki, bu smartfon sahibləri iPhone 7-nin arxa kamerası ilə 60FPS-də 4K keyfiyyətli video çəkilişi edə biləcəklər. Cihazın 4K-da belə 60FPS video çəkə bilməsi onun kamerasının nə qədər gücləndirildiyini ən sadə bir şəkildə izah edir. Həmçinin bəzi analitiklər "Apple”ın, iPhone 7-nin arxa kamerasına 4 çalarlı LED flash OIS dəstəyini də yer verəcəyini deyirlər.

    IPhone 7 haqqında


    Üstəlik bu xəbərdə danışdığımız bütün detallar, sadəcə standart iPhone 7 modelinə aiddir. İki arxa kamera ilə gələcək iPhone 7 Plus modeli kamera barədə çox daha uğurlu bir performansa sahib olacaq.
    Bugün rəsmi olaraq təqdim ediləcək iPhone 7-nin təfərrüatları ilə bütün xüsusiyyətlərini "Technote.az” olaraq sizlərə saniyə-saniyə çatdıracağıq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər