main-post-cover

    iPhone 7-də Apple loqosunu necə işıqsaçan etmək olar? (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iPhone-nun böyük məşhurluğu hesabına smartfonun tüninqi üçün bir çox təkliflər ortaya çıxıb.

    Məsələn korpus rənginin dəyişilməsi indi iPhone istifadəçiləri arasında dəbdədir. Bir çoxları isə öz cihazlarının dizaynlarını fərqli göstərmək üçün müxtəlif keyslərdən istifadə edirlər. Lakin biz bugün iPhone-a qeyri-adi görünüş verən və dəbdə olan bir dizayn yeniliyindən danışacağıq. Söhbət iPhone 7iPhone 7 Plus modellərinin arxasına yerləşdirilən işıqsaçan Apple loqosundan gedir. Bu cür dizayn dəyişikliyi öz iPhone cihazının fərqli görünməsini istəyən hər bir istifadəçi üçün maraqlı ola bilər. İşıqsaçan loqo daha çox qara rəng korpuslu iPhone-larda daha əla görünüşə sahibdir. "Technote.az”ın "Macdigger.ru”a istinadən verdiyi xəbərə əsasən prinsipcə bu dəyişiklik heçdə çətin deyil. Sadəcə olaraq adi loqonu işıq diodlu loqoya dəyişərək ekranın şleyfinə qoşmaq lazımdır. Hər dəfə ekranı yandıranda loqo da işıq saçacaq. Sözügedən dəyişikliyi etməyin yolunu aşağıdakı videodan izləyə bilərsiniz.

     
    Linki kopyala