main-post-cover

    iPhone 7-də qulaqcıq girişinin olmama səbəbini Steve Jobs illər əvvəl açıqlayıb!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    iPhone 7-də qulaqcıq girişinin olmaması səbəbini Stiv Cobs (Steve Jobs) illər əvvəl açıqlayıb!
    "Apple" deyiləndə ilk ağla gələn şəxslərdən olan Stiv Cobs hər zaman öz fikirləri ilə diqqət çəkməyi bacarıb. O, öz reportajlarında vacib dəyişikliklər haqda öz fikirlərini açıq şəkildə diqqətə çatdırmışdı. Bir açıqlamasında belə deyilir: "Biz insanlar üçün möhtəşəm məhsullar ortaya çıxarırıq. Məqsədimiz ən yaxşısını ortaya çıxarmaqdır. Bu mənada etdiyimiz dəyişikliklər tənqid oluna, sevilməyə bilər. Ancaq biz, bizi üstün edəcək texnologiyalara enerji sərf etməkdənsə, istifadəçilər üçün daha mükəmməl yeniliklər üzərində çalışırıq. Etdiyimiz bu işdə ən vacib məqam bilirsiniz nədir? Əgər bu etdiyiniz iş doğru və uğurludursa, onda bu məhsul alınacaq. Əgər strategiyanız doğru deyilsə, onda alınmayacaq. Bu qədər asandır.”

     
    Doğrudan da Apple-ın bəzi yenilikləri ilk əvvəllər doğru qəbul olunmasa da zamanla ən çox bəyənilən brend halına gəlməsinə səbəb olmuşdu. Yeni modellərində "qulaqcıq girişi” olmasa da "Apple" satışlarına təsir etməyəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər