main-post-cover

    iPhone 7-də Windows XP əməliyyat sistemini işə saldılar (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir neçə müddət bundan öncə Windows əməliyyat sistemi öz 34 illiyini qeyd etmişdi.

    "Microsoft”un əməliyyat sistemi ilə birlikdə böyük bir nəsil yetişib. Bəlkədə məhz buna görə bir çox insanlar, şirkətin keçmiş əməliyyat sistemləri üçün nostalji hisslər keçirdirlər. Əks halda nəyə görə kimsə bu əməliyyat sisteminin istifadəsi üçün nəzərdə tutulmuyan cihaza Windows-u yükləsin? iOS 10, "Apple” şirkətinin ən qabaqcıl əməliyyat sistemidir. Lakin ilkin versiyada öz çoxlu sayda funksionallığına baxmayaraq o yenə də stabil çalışmırdı. Hacking Jules adlı youtuber, öz iPhone 7 cihazına əfsanəvi Windows XP əməliyyat sistemini yazmaq istəyib və bunu bacarıb. iPhone 7-də işə salınmış Windows XP, smartfon ekranında standart XP interfeysli əməliyyat sistemini əks etdirir. Kompüterdə olduğu kimi smartfon ekranının aşağı hissəsində "Start” düyməsi və saat əks olunur. Mərkəzdə isə hamımıza tanış olan bölmələr yer alır. Məsələn My Computer, My Documents və s. Siçanın ox işarəsi isə sensorlu ekran vasitəsilə idarə olunur. iPhone 7-də Windows XP-ni, iBox emulyatoru vasitəsilə işə salmaq mümkün olub. Sözügedən emulyator isə, mobil telefonlarda retro oyunlar oynamaq üçün nəzərdə tutulub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər