main-post-cover

    iPhone 7 əvəzinə iPhone 6SE gəlir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Apple sentyabr ayında təşkil edəcəyi konfransında təqdim edəcəyi iPhone modelinin adı hələ də sirr olaraq qalır.

    "iPhone 7" adı altında gələn sızıntılar demək olar ki, yeni model haqqında olan bütün detalları ortaya çıxarıb. Amma işin maraqlı tərəfi yayımlanan görüntülərdə olan "iPhone" modelinin eynən "iPhone 6" ana seriyasına bənzəməsidir. Apple həmişə ana seriyalarda böyük dəyişikliklər ortaya qoyur. iPhone 4, iPhone 5 və iPhone 6 kimi ana seriyalar bir-birilərindən həm dizayn, həm ölçü həm də texniki cəhətdən fərqlənir.
     
    Belə olan halda təqdim olunacaq yeni "iPhone"un "iPhone 6" və "6s"ə çox bənzəməsi və bir sıra xırda detalları ilə fərqlənməsi yeni bir iddianı ortaya çıxarıb. Artıq bəzi xarici mənbələr təqdim olunacaq yeni "iPhone" modelinin "iPhone 6SE" olaraq ara modeli olacağını iddia edir. Nəzərə alsaq ki, Apple əsl partlayışı gələn il üçün "iPhone"un 10 illiyinə saxlayıb. Belə olan halda isə "iPhone SE" kimi uğurlu bir modeldən sonra "iPhone 6SE"i də sentyabr ayında görə bilərik. Bəzi mənbələrdə isə bu model "iPhone 6X" olaraq göstərilir. Buada olan X isə 10-cu iPhone modelini ifadə edir. Ən yaxşısı isə sentyabrın ikinci həftəsini gözləyib, modelin canlı şahidi olmaqdır.

    Alma Store-da tələbələr üçün ənənəvi aksiya
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər