main-post-cover

    iPhone 7 haqda bilməli olduqlarınız

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    "Apple"ın yeni məhsulu olacaq iPhone 7-nin sentyabrın 7-si istifadəçilərə təqdim olunması nəzərdə tutulur. Yeni modeldəki funksiyaları sir kimi saxlayan "Apple", məlumat verməsə də iPhone 7 ilə bağlı məlumatlar mətbuata sızmaqda davam edir. iPhone 7-də hansı hansı yeniliklərin olması, hər kəsə maraqlıdır.
    Xarici mənbələrdən toplanan məlumatları nəzərə alsaq, iPhone 7 modelində aşağıdakı yeniliklərin olacağını demək olar.
    ABŞ-da yerləşən patent institutu "Apple"ın, Apple Watch-dakına bənzər bir düymə (klaviş) üçün 2014-də etdiyi müraciəti qəbul etdiyini bildirmişdi. Bu düymənin iPhone 7-de istifadə olunacağı haqda fikirlər səslənir. Başqa bir mənbədən bildirilir ki, cihazın 16GB yaddaş dəstəkləyəcəyi nəzərdə tutulmur.
    ABŞ-da yerləşən şirkət, ağıllı telefonlara virtual reallıq xüsusiyyəti verən tətbiqin də patentini almışdı və bu yeniliyin iPhone 7-də istifadə olunacağı da istisna olunmur. Telefonda həmçinin Wireless charging, yəni naqilsiz şarj olacağı da bildirilir. Cihazın suya və zərbəyə daha davamlı olması gözlənilir.
    Deyilənləri nəzərə alaraq demək olar ki, iPhone 7 və iPhone 7 Plus-un "SanDisk" və ya "Toshiba" tərəfindən dəstəklənən, sürətli 3D NAND flash kimi yeni bir funksiyası ola bilər.

    Linki kopyala