main-post-cover

    iPhone 7 haqqında növbəti sızıntı: Daha böyük batareya

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Çin mediasında yer alan yeni məlumatlar iPhone 7'nin batareyası haqqındadır.

    Apple'ın maraqla gözlənilən növbəti modelləri haqqında şaiyələr çoxalmaqda davam edir. Böyük ehtimalla iPhone 7iPhone 7 Plus adlandırılacaq növbəti iki model sentyabr ayında bizlərə təqdim olunacaq. Ənənəvi olaraq model təqdim olunmamışdan əvvəl haqqında məlumatlar və şaiyələr yayılır. Bu dəfə yeni modellər haqqında məlumat Çin əsaslı mənbələrdən gəldi. Weibo saytında paylaşılan şəkillərə əsasən yeni iPhone'un batareyası haqqında məlumat verə bilərik. Yer alan məlumata görə iPhone 7'də Apple bu dəfə 1735 mAh tutuma malik batareyadan istifadə edəcək. iPhone 6s ilə müqaisədə batareyanın cəmi 20 mAh həcmində artdığını görürük. iPhone 7 Plus'da isə bu göstəricinin 2810 mAh'a bərabər olması gözlənilir. Uyğun olaraq isə iPhone 6s Plus'da batareya 2750 mAh'dır.


    Bu həcmdə artımın iPhone 7'də enerji istifadəsinə nə qədər təsir edəcəyi haqda məlumat vermək biraz çətindir. Nəzərə alsaq ki, telefonun parametrləri və funksiyaları hələlik məlum deyil. Amma ilkin versiyalara baxsaq görünən odur ki, Apple bu dəfə də iPhone üzərində ciddi dəyişikliklər etməyəcək.
    Linki kopyala