main-post-cover

    iPhone 7 hələ Azərbaycanda satışa çıxmamış Jailbreak edildi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iPhonelarda mövcud olan limitləri aradan qaldırmaq üçün jailbreak prosesi, hələ iPhone 7-nin satışına yeni başlandığı bu ərəfədə uğurlu oldu. 

    Əgər iPhone-un yüksək qiymətli tətbiq satışı və limitlərindən bezmiş amma yenə də iPhone istifadə etməyi sevirsinizsə böyük ehtimalla telefonunuz jailbreak dediyimiz prosesdən keçmişdir. Tam mənası ilə iPhone-un zəncirlərini qıran bu sistem, əslində bildiyiniz kimi yeni bir telefonda ya da gələn yenilənmədə korlanır və bir müddət sonra yenidən jailbreak etmək üçün bir yol tapılır. 
    Ancaq Luka Tedesko adlı hacker və proqramçı, artıq indidən iPhone 7-yə jailbreak etməyi bacardı. Twitter profilindən iOS 10.0.1-in içində Cydia 1.1.26 yüklü olaraq şəkil də paylaşan Tedesko, bunu şəxsi istifadə üçün etdiyini bildirir. Yəni əgər iPhone 7 almış ya da almağı düşünən, lakin jailbreak etməkdən də geri qalmayacaq bir istifadəçisinizsə biraz daha gözləməli olacaqsınız.
    iphone 7 jailbreak ios 10

    Eyni zamanda proqramçılar üçün iPhone-un dərinliklərinə enərək təchizat üzərində və proqramda incə tənzimləmələr edə bildikləri bu jailbreak prosesinin ümumi olaraq istifadəyə nə zaman veriləcəyi maraqlıdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər