main-post-cover

    iPhone 7 hətta ən güclü turşuya belə davam gətirdi (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iPhone 7-ni ən güclü turşuya saldıqda nə baş verə bilər?

    Bu maraqlı təcrübəni, məşhur TechRax adlı videoblogger edib. Videoblogger hidrogen heksaftoroantimonat qabarcıqlarını nümayiş etdirib. Onun sözlərinə görə bu kimyəvi maddə sulfat turşusundan belə güclüdür. Daha sonra o, iPhone 7 modelini həmin kimyəvi maddənin olduğu qaba yerləşdirib. Turşu, cihazın arxa qapağını əridib. Lakin buna baxmayaraq təcrübədən sonra videoblogger cihazı yenidən işə salmağı bacarıb. İşə düşəndən sonra cihaz normal şəkildə işləməyə başlayıb. Sözügedən video iki gün ərzində 6 milyon baxış sayı yığıb. İndi isə 7 milyondan çoxdur. Şərhlərdə isə insanlar bu cür təcrübələrin dayandırılmamasını və videobloggerin davam etməsini tələb ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər