iPhone 7 Home Düyməsi Barədə Pis Xəbər!

1074

iPhone 7 ilə əlaqədar yeni məlumatlar gəlməyə davam edir. Ortaya çıxan son xüsusiyyət isə böyük ehtimalla texnologiyanın həyatı asanlaşdırdığını düşünənləri bir az üzəcək. iPhone 7 və iPhone 7 Plus təqdimatları ilə gündəmi tamamilə işğal etmiş vəziyyətdədirlər. Bəli, yeni iPhonelar inqilabi xüsusiyyətlər və əzbər pozan dəyişiklərlə  gəlməsə də, amma yenə də telefonla əlaqədar bir çox yeni xüsusiyyətlər  mövcuddur.

iPhone 7 Home düyməsi müəyyən vəziyyətlərdə işləməyəcək.

Ağıllı telefonların ən böyük çətinliklərindən biri qış aylarında əlcəklə istifadə olmuşdur. İnkişaf edən texnologiyayla birlikdə bir çox ağıllı telefon istehsalçısı cihazları üçün əlcək rejimi (nümunə Huawei) gətirdilər. Yaxşı, bəs iPhone 7-də vəziyyət necədir? Bildiyiniz kimi "Apple" yeni qurğularındakı fiziki Home düyməsini götürüb, özünə aid bir texnologiyayla çıxarılan (Taptic Engine) düyməsindən istifadə edəcək. Hətta iPhone 7-nin ən fərqli xüsusiyyətlərindən biri də bu yeni "home” düyməsidir deyə bilərik.
"Phone Arena"nın xəbərinə görə, yeni texnologiya qış aylarında başımıza xeyli iş açacaq. Əlcək geydiyimiz zaman dərimiz tamamilə bağlı vəziyyətdə olacağı üçün "Home” düyməsi və bu səbəbdən Touch ID tamamilə istifadəsiz  olacaq.


Həll yolu ?

Həlli yoxdur. Əgər soyuq havalarda iPhone 7 istifadə etmək istəyiriksə ya kəsik barmaqlı əlcək geyəcəyik ya da heç geyməyəcəyik. Bir digər seçim isə hər səfərində əlcəyi çıxardıb, cihaz istifadə etməkdir. Düzdür, seçimlərin  heç biri o qədər də ürək açan deyil. Amma "Apple"ın bu mövzu ilə əlaqədar  nə edəcəyi böyük maraq mövzusu olmuş vəziyyətdədir.

 

 
    Polad Tağıoğlu
   Redaktor