main-post-cover

    iPhone 7 “Home” düyməsi xarab olarsa nə olacaq?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     

    "Apple", yeni nəsil titrəyişli bir virtual home düyməsi ilə gələn iPhone 7 və 7 Plus üçün düymə xarab olmalarına qarşı maraqlı bir həll tapmışdır. Home düyməniz xarab olsa da problem olmayacaq.


    Texnologiya nəhəngi "Apple", ilk nəsildən bəri gələn home düyməsində ilk dəfə olaraq böyük bir dəyişikliyə getdi və iPhone 7 ilə birlikdə virtual bir düyməyə yer verdi.
     

    "Apple"ın yeni nəsil titrəyişli düyməsi

    İlk olaraq 2015-ci ildə bazara çıxan MacBookMacbook Pro-larda yer alan force touch trackpad ilə istifadəsinə başlanılan texnologiya, daha sonra iPhone 7-lərə taptic engine daxil edilməsi ilə birlikdə iPhone 7-lərdə də istifadə edilməyə başlandı. Yeni texnologiya ilə birlikdə home düyməsi artıq titrəyərək əsl bir düymə hissiyyatı verməyə çalışır.

    Düymə xarab olduğunu hiss edir.

     
     

    iPhone 7 “Home” düyməsi xarab olarsa nə olacaq?

    "Apple"ın yeni inkişaf etdirdiyi home düyməsi, xarab olduğunu anlayaraq istifadəçiyə bir xəbərdarlıq verəcək. Home düyməsi xarab olduğu zaman istifadəçi vəziyyətlə əlaqədar xəbərdar olacaq və ekranın aşağısında bir virtual düymə meydana çıxacaq. Bu şəkildə eynilə AssistiveTouch kimi virtual bir düymə ilə ekran üzərindən ehtiyacınız olan işləri görə biləcəksiniz.
     
     
     

     
       Polad Tağıoğlu
       Redaktor


    Linki kopyala