main-post-cover

    iPhone 7 istifadəçilərinin şikayət etdiyi vacib problem!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Çıxdığı ilk gündən haqqında söz-söhbətlər səngimək bilməyən "Apple"ın yeni modelləri haqda şikayətlər gəlməkdə davam edir

    iPhone 7iPhone 7 Plus-un satışları yaxşı getsə də, cihazların yüksək performansı haqda gözləntilər şikayətlərlə əvəz olunub.
    Belə ki, bir müddət əvvəl A10 Fusion-dan gələn səslər, daha sonra isə Lightining portundan taxılan qulaqlıqların istifadəsiz hala gəlməsi istifadəçilərin haqlı narazılığına səbəb olmuşdu. Sonuncu gələn şikayətdə isə telefonla əlaqə zamanı səs keyfiyyətinin olduqca aşağı səviyyədə olması ilə əlaqədar olub.
    "Apple"a yaxın mənbələrin verdiyi məlumata görə istifadəçilər, telefonla əlaqə zamanı səsin sanki çox uzaqdan gəlməsindən şikayət edirlər. "Apple" şirkəti isə problemin cihazda olmamasını bildirir. Şirkət problemlə qarşılaşan müştərilərin özləri ilə əlaqə saxlamasını xahiş edib. Hələ ki, problemin nədən qaynaqlandığı haqda dəqiq məlumat verilmir. Əgər problem proqramla əlaqədar olsa, şirkət yenilənmə ilə aradan qaldıra bilər, amma başqa səbəblərdən olsa, "Apple"ın nə edəcəyi sual altındadır. Ümid edək ki, bu məsələnin də sonu Samsung kimi qurtarmaz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər