main-post-cover

    iPhone 7 modellərini yeni MacBook Pro-ya qoşmaq üçün "Apple" ayrıca ödəniş tələb edir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Apple şirkəti hamının gözlədiyi yeni MacBook Pro modellərini təqdim etdi. Lakin iPhone 7 işlədənlər üçün ciddi bir nüans ortaya çıxdı.

    Belə ki, yeni MacBook Pro modellərinə Touch BarTouch ID özəllikləri ilə yanaşı şirkət, noutbooka 4 ədəd USB Type-C/Thunderbolt 3 girişi də əlavə edib. Yəni, şirkət MacBook Pro-da olmuş SD kart, HDMI, USB Type-A və MagSafe şarj girişindən imtina edib. Nəticə etibarı ilə iPhone 7iPhone 7 Plus istifadəçilə öz cihazlarını yeni MacBook Pro-ya qoşa bilməyəcklər. Yəni sözügedən model smartfonların komplektində olan naqillər işə yaramayacaq. Bundan əlavə olaraq həmçinin komplektdə olan EarPods qulaqlıqları da Lightning girişi vasitəsilə noutbooka qoşula bilməyəcək. iPhone 7 və iPhone 7 Plus modellərini MacBook Pro-ya qoşmaq üçün istifadəçi ya USB Type-C keçirici özəllikli USB, yadaki USB Type-C və Lightning başlıqlı naqil almalıdır. "Apple” artıq bu iki naqil variantını öz onlayn mağazasında təqdim edib. Onlar uyğun olaraq 19$ və 25$ dollar qiymətinə satılırlar.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər